İrandan zənginləşdirilmiş uranla bağlı vacib açıqlama
İslamazeri.com xəbər verir ki, İranın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəliyi İranın zənginləşdirilmiş uranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında olduğunu açıqlayıb.
İranın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəliyinin ölkənin zənginləşdirilmiş uranı ilə bağlı açıqlamasında, İranın zənginləşdirilmiş uranın BAEA-nın nəzarəti altında olduğu qeyd edilib və ölkənin nüvə enerjisi fəaliyyətinin dinc vasitələrdən yayındığını göstərən heç bir hesabatın dərc olunmadığı vurğulanıb.
Bəyanatda bildirilib: "ABŞ Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) İcmal Konfransından sui-istifadə edərək, İranın zənginləşdirilmiş uranını özünün və müttəfiqlərinin nüvə tərksilahı sahəsindəki öhdəliklərini pozan hərəkətlərindən diqqəti yayındırmaq üçün təhdid kimi təqdim etdi."
BMT Təhlükəsizlik Şurasını, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbərini və BAEA-nın İdarə Heyətini ABŞ-ın İrana qarşı qanunsuz hücumlarını pisləmədiklərinə görə tənqid edən bəyanatda İran Nümayəndəliyi bildirib ki, "Onların hərəkətləri təcavüzkar və qurban rollarını tərsinə çevirib".