Türkiyə XİN-dən BMT Baş Məclisinin qəbul etdiyi qətnamə ilə bağlı bəyanat

Türkiyə XİN-dən BMT Baş Məclisinin qəbul etdiyi qətnamə ilə bağlı bəyanat
Yayınlanma tarixi: 27.07.2023 10:45:12

Türkiyə XİN BMT Baş Məclisinin qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yaydı.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin müqəddəs kitablara qarşı zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyan və bu cür hərəkətləri qətiyyətlə pisləyən qətnamə layihəsi qəbul etməsini alqışlayıb.

Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı verdiyi açıqlamada deyilir:

“Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin müqəddəs kitablara qarşı zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyan və bu cür hərəkətləri qətiyyətlə pisləyən qətnamə qəbul etməsini məmnuniyyətlə qarşılayırıq. Beynəlxalq ictimaiyyət milyardlarla müsəlmanı incidən bu çirkin əməllərə qarşı birgə hərəkət etməlidir''.

Açıqlamada Türkiyenin islamofobiya ilə mübarizədə üzərinə düşən öhdəliyi yerinə yetirməyə davam edəcəyi vurğulanıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi iyulun 25-də müqəddəs kitablara qarşı zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyan və bu cür hərəkətləri kəskin şəkildə pisləyən qətnamə layihəsi qəbul edib.

GÜNÜN MANŞETLERİ