Türkiyə mətbuatı: ABŞ Suriyanın şimalındakı terrorçulara silah göndərir

Türkiyə mətbuatı: ABŞ Suriyanın şimalındakı terrorçulara silah göndərir
Yayınlanma tarixi: 15.12.2022 12:08:02

Türkiyə mətbuatı ABŞ-ın Suriyanın şimalındakı Xalq Müdafiə Qüvvələrinə (YPG) sursat və silah göndərdiyini yazıb.

İslamazeri.com xəbər verir ki, Türkiyə mediası yazıb ki, Türkiyə hökuməti Vaşinqtonu Suriyanın şimalında terrorçulara verdiyi dəstəyə görə dəfələrlə tənqid edib.

Türkiyə mediası ABŞ-ın Suriyanın şimalındakı YPG qüvvələrinə çatdırılmaq üçün sursat və qabaqcıl silahlar daşıyan iki hərbi konvoy göndərdiyini açıqlayıb.

Məlumata görə, ABŞ qüvvələri ilə “YPG”nin Türkiyə-Suriya sərhəd bölgəsində birgə patrul xidməti bərpa edilib.

GÜNÜN MANŞETLERİ