Türkiyə İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əqsa məscidinə basqın etməsini pisləyib.
İslamazeri.com xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir: “İsrail milli təhlükəsizlik nazirinin Əqsa məscidinə basqın etməsini qınayırıq. Əqsa məscidinin müqəddəsliyini və tarixi statusunu pozan bu addımlara imkan verilməməsi və gərginliyin artmaması üçün İsrail hakimiyyətini lazımi tədbirləri görməyə dəvət edirik”.