Tramp dövründə növbəti İSTEFA: FDA rəhbəri də getdi

Tramp dövründə növbəti İSTEFA: FDA rəhbəri də getdi
Yayınlanma tarixi: 5/13/2026 12:28:40 PM

Tramp dövründə növbəti İSTEFA...

İslamazeri.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, ABŞ Qida və Dərman İdarəsinin (FDA) rəhbəri Marty Makarynin həftələrdir davam edən mübahisələr və qurum daxilindəki siyasi təzyiqlərdən sonra vəzifəsindən istefa verdiyini açıqlayıb.

Tramp jurnalistlərə açıqlamasında Makary barədə “əla bir insandır, amma yoluna davam edəcək” ifadələrini işlədərək onun vəzifədən azad edildiyi barədə iddiaları dolayısı ilə rədd edib.

Tramp: “İstefa məktubunu paylaşdım”

Tramp daha sonra “Truth Social” platformasında Makaryyə aid olduğunu bildirdiyi istefa məktubunu paylaşıb. Məktubda Makarynin ona təşəkkür etdiyi və “əla iş gördüyünü” qeyd etdiyi bildirilib.

Tramp həmçinin Makarynin “hamının hörmətini qazandığını” deyib.

Tramp FDA sədr müavini Kyle Diamantasın quruma müvəqqəti rəhbərlik edəcəyini açıqlayıb.

Peyvəndlər və abort dərmanı mübahisəsi

Vəzifə müddəti ərzində Makary ABŞ-də siyasi və səhiyyə dairələrində geniş müzakirələrə səbəb olan bir sıra addımlar atıb.

Bu çərçivədə peyvəndlərin təsdiq proseslərinin yenidən qiymətləndirilməsi, həmçinin ABŞ-də əksər abort hallarında istifadə olunan “mifepriston” adlı dərmanın təhlükəsizliyinin yenidən araşdırılması gündəmə gəlib.

Makary həmçinin Trampa yaxın çevrələrin ətirli elektron siqaretlərin təsdiqlənməsi istiqamətindəki təzyiqləri ilə də üzləşib. Bu vəziyyət həm tütün lobbilərinə yaxın dairələrdə, həm də abort əleyhinə qruplar və Respublikaçı və Demokrat Partiyalarından bəzi səhiyyə rəsmiləri arasında narazılığa səbəb olub.

Cərrah olan və daha əvvəl Fox News-da şərhçi kimi fəaliyyət göstərən Makarynin COVID-19 pandemiyası dövründə tətbiq olunan səhiyyə siyasətlərinə və tibbi institut yanaşmalarına tənqidi mövqeyi ilə tanındığı qeyd olunub.

Tramp dövründə dördüncü istefa

Bu istefa ilə birlikdə ilin əvvəlindən bəri Tramp administrasiyasında yüksək vəzifəli dörd şəxs vəzifəsindən ayrılmış olub.

Daha əvvəl Əmək, Ədliyyə və Daxili Təhlükəsizlik nazirlərinin də istefa verdiyi bildirilib.

GÜNÜN MANŞETLERİ

SABAHIN HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVA PROQNOZU

5/13/2026 3:18:08 PM
Pensiya alanlara ŞAD XƏBƏR
ÖLKƏ / MÜXTƏLİF

Pensiya alanlara ŞAD XƏBƏR

5/13/2026 1:11:19 PM