İsrail qəzetindən şok analiz: İran raket gücünü itirmədi

İsrail qəzetindən şok analiz: İran raket gücünü itirmədi
Yayınlanma tarixi: 5/13/2026 4:00:01 PM

İsrail qəzetindən şok analiz: İran raket gücünü itirmədi.

İslamazeri.com xəbər verir ki, İsrail mərkəzli “The Jerusalem Post” İranla aparılan müharibənin regional nizamı dəyişdirdiyini bildirərək, Tehranın raket imkanlarını və regional təsir gücünü qoruduğunu yazıb.

İsrail qəzeti “The Jerusalem Post” dərc etdiyi analitik yazıda İrana qarşı davam edən, lakin hələ də daimi siyasi razılaşma ilə nəticələnməyən müharibənin regional nizamı və hətta qlobal güc balansını dəyişdirdiyini qeyd edib.

Qəzet ABŞ-ın İrana qarşı apardığı müharibədə strateji uğursuzluq yaşadığını iddia edərək, Vaşinqtonun İranın hərbi və nüvə infrastrukturuna zərər vurmağı bacardığını, lakin İran hökumətini devirmədiyini, raket proqramını və zənginləşdirilmiş uran ehtiyatlarını aradan qaldıra bilmədiyini yazıb.

Xəbərdə qeyd olunub ki, İran Hörmüz boğazı kartından istifadə edərək ABŞ və müttəfiqlərinə ciddi maliyyə itkiləri yaşadıb, eyni zamanda raket gücünü və regional təsirini qorumağa davam edib.

“The Jerusalem Post” həmçinin yazıb ki, Fars Körfəzi ölkələri bir tərəfdən ABŞ-ın dəstəyinə ehtiyac duyur, digər tərəfdən isə müharibə meydanına çevrilmək qorxusu yaşayır. Xəbərdə Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında regional güc modeli ilə bağlı fikir ayrılıqlarının dərinləşdiyi, BƏƏ-nin isə İsraillə daha geniş təhlükəsizlik əməkdaşlığına və enerji marşrutlarının diversifikasiyasına yönəldiyi qeyd edilib.

Qəzet həmçinin Çinin və Rusiyanın Qərb blokundakı uyğunsuzluqlardan və enerji böhranından fayda əldə etdiyini, Pakistanın isə vasitəçilik rolu sayəsində diplomatik mövqeyini gücləndirdiyini bildirib.

Sonda isə vurğulanıb ki, İsrail hərbi uğurlarına baxmayaraq, müharibənin sona çatdırılması və regionun gələcəyi ilə bağlı hələ də aydın siyasi strategiyaya malik deyil.

GÜNÜN MANŞETLERİ

SABAHIN HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVA PROQNOZU

5/13/2026 3:18:08 PM
Pensiya alanlara ŞAD XƏBƏR
ÖLKƏ / MÜXTƏLİF

Pensiya alanlara ŞAD XƏBƏR

5/13/2026 1:11:19 PM