Sumqayıtda top mərmisi aşkarlanıb

Sumqayıtda top mərmisi aşkarlanıb
Yayınlanma tarixi: 2/24/2026 1:12:52 PM

Sumqayıtda top mərmisi aşkarlanıb.

Sumqayıtda top mərmisi aşkarlanıb.

Bu barədə "İslamazeri.com"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, İnşaatçılar küçəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 130 mm-lik yivli top mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib

GÜNÜN MANŞETLERİ

Ənsarullahdan ABŞ-a XƏBƏRDARLIQ
DÜNYA / İSLAM DÜNYASI

Ənsarullahdan ABŞ-a XƏBƏRDARLIQ

4/17/2026 12:15:22 PM
Papa XIV Leonun qardaşının evində bomba təhlükəsi
DÜNYA / İSLAM DÜNYASI

Papa XIV Leonun qardaşının evində bomba təhlükəsi

4/17/2026 11:15:01 AM
Azərbaycan neftinin qiyməti BAHALAŞDI
İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti BAHALAŞDI

4/17/2026 10:37:50 AM