Səudiyyədən İsraillə münasibətlər barədə etiraf

Səudiyyədən İsraillə münasibətlər barədə etiraf
Yayınlanma tarixi: 20.01.2023 15:58:57

"Biz dəfələrlə demişik ki, biz İsraillə normallaşmanın regionun maraqlarına uyğun olduğuna inanırıq".

Səudiyyə Ərəbistanının xarici işlər naziri Ər-Riyadın Suriya hökuməti ilə əlaqə qurmağa çalışdığını etiraf edərək, İsraillə normallaşmanın regionun maraqlarına uyğun olduğunu vurğulayıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Ferhan İsveçrədə Davos sammitində Bloomberg telekanalına müsahibəsində deyib:

"Biz dəfələrlə demişik ki, biz İsraillə normallaşmanın regionun maraqlarına uyğun olduğuna inanırıq.

Fələstin dövlətinin yaradılmasına dair razılaşma Səudiyyə Ərəbistanının İsraillə rəsmi diplomatik əlaqələr qurması üçün ilkin şərtdir.

Fələstinlilərə ümid vermədikcə real normallaşma və real sabitlik əldə edilməyəcək.

Biz tərəfdaşlarımızla Dəməşq hökuməti ilə siyasi həll yolunda konkret addımlar atan bir şəkildə əlaqə qurmağın bir yolunu tapmaq üçün çalışırıq.

Bölgədəki ölkələr Suriyada 12 ildir davam edən vətəndaş müharibəsinə siyasi həll yolu tapmaq üçün birlikdə çalışmalıdır”.

GÜNÜN MANŞETLERİ