Əraqçi: Milli maraqlarımızın müdafiəsi üçün bütün vasitələrdən istifadə edəcəyik!
İslamazeri.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanlı həmkarı Eshaq Dar ilə telefon danışığında İran limanlarına, sahillərinə və gəmilərinə qarşı artan ritorika və təhdidlərin "pis niyyəti" göstərdiyini bildirib.
Əraqçi İranın "milli maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün bütün vasitələrindən istifadə edəcəyini" vurğulayıb.
İran XİN başçısı bildirib ki, hər iki tərəf regional sülh və təhlükəsizliyi qorumaq üçün məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlib.
İranın vitse-prezidenti Məhəmməd Rza Arif X platformasındakı açıqlamasında Hörmüz boğazının təhlükəsizliyinin "qarşılıqsız olmadığı" mesajını çatdırıb.
Arif deyib: "İranın neft ixracı məhdudlaşdırıldığı bir vaxtda başqalarına pulsuz qoruma təmin edəcəyi gözlənilə bilməz".
O əlavə edib: "Seçim aydındır: ya hər kəs üçün azad neft bazarı, ya da hər kəsin ağır xərclər çəkəcəyi risk".
Arif əvvəllər Hörmüz boğazının İranın nəzarəti və idarəçiliyi altında olmalı olduğunu bildirmiş və əlavə edib ki, Tehran bu bölgədəki qazanclarını qoruyacaq.