Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında vəfat edib

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında vəfat edib
Yayınlanma tarixi: 5/24/2026 10:32:28 AM

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında vəfat edib.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu yol qəzasında vəfat edib.

İslamazeri.com xəbər verir ki bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı.

Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Allah rəhmət eləsin!", - deyə məlumatda qeyd olunub.

GÜNÜN MANŞETLERİ

Cəlilabadda zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Cəlilabadda zəlzələ olub

5/24/2026 11:05:56 AM
Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında vəfat edib
ÖLKƏ / MÜNASİBƏT

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında vəfat edib

5/24/2026 10:32:28 AM