Səkkiz ölkədən İsrailə qarşı birgə REAKSİYA
İslamazeri.com xəbər verir ki, Türkiyə, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, İordaniya və İndoneziyanın xarici işlər nazirləri İsrailin Qəzzaya humanitar yardım çatdırmağa çalışan Sumud donanmasında fəallara qarşı müdaxiləsini qətiyyətlə pisləyiblər.
Birgə bəyanatda onlar İsrailin ifrat sağçı naziri İtamar Ben-Qvirin saxlanılan fəallara qarşı hərəkətlərini "utancverici və qeyri-insani" adlandırıblar. Onlar fəalların ictimaiyyət qarşısında təhqir olunmasının insan haqlarına açıq şəkildə hücum təşkil etdiyini vurğulayıblar.
Bəyanatda İsrail hökumətinin beynəlxalq hüququ pozduğu və fələstinlilərə qarşı repressiv siyasəti ilə bölgədə gərginliyi artırdığı iddia edilib. Nazirlər həmçinin Ben-Qvirin təxribatçı davranışının nifrət atmosferini alovlandırdığını və sülh səylərini pozduğunu qeyd ediblər.
Bir çox ölkənin İsrail diplomatlarını xarici işlər nazirliklərinə çağırdığı və Təl-Əviv hökumətinə qarşı beynəlxalq reaksiyaların günbəgün artdığı bildirilib.