SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub
Yayınlanma tarixi: 5/26/2026 2:26:55 PM

İran İnqilab Keşikçiləri Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub.

İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) İctimaiyyətlə Əlaqələr Bölməsi açıqlamasında MQ-9 pilotsuz təyyarəsinin, RQ-4 pilotsuz təyyarəsinin və "müdaxilə" adlandırdığı F-35 qırıcı təyyarəsinin aşkarlandığını və izlənildiyini açıqlayıb.

Bəyanatda ABŞ ordusu tərəfindən mümkün atəşkəs pozuntularına qarşı xəbərdarlıq edilib və İİKK-nın "qisas almaq hüququnu qanuni və mütləq hesab etdiyi" bildirilib.

İİKK-nın bəyanatında "ABŞ terrorçu ordusunun bölgədəki müdaxiləçi macəralarını və təcavüzkar mövqeyini davam etdirdiyi" qeyd edilir.

Bəyanatda həmçinin İran hava məkanının Fars körfəzi bölgəsində işğal edildiyi qeyd edilib.

Bəyanata görə, İİKK-nın hava hücumundan müdafiə bölmələri "ölkənin ərazi bütövlüyünü qorumaq üçün" aparılan "həssas kəşfiyyat monitorinqi"ndən sonra MQ-9 pilotsuz təyyarəsini aşkar edərək vurub.

Bəyanatda həmçinin RQ-4 pilotsuz təyyarəsinə və F-35 qırıcı təyyarəsinə atəş açıldığı bildirilib.

İinqilab Keşikçiləri bu elementlərin İran hava məkanını tərk etməyə və ərazidən çəkilməyə məcbur edildiyini bildirib.

İnqilab Keşikçiləri bəyanatını ABŞ ordusu tərəfindən mümkün atəşkəs pozuntularına qarşı xəbərdarlıqla yekunlaşdırıb.

Bəyanatda həmçinin "qisas almaq hüququ qanuni və mütləqdir" deyə təsdiqləndi.

GÜNÜN MANŞETLERİ