Ruhullah Novruzzadənin apellyasiya məhkəməsi keçirilib

Ruhullah Novruzzadənin apellyasiya məhkəməsi keçirilib
Yayınlanma tarixi: 10.02.2023 13:58:05

Ruhullah Novruzzadənin məhkəməsi keçirilib.

Bakı Apellyasiya Məhkəməsində Ruhullah Novruzzadənin məhkəməsi keçirilib.

İslamazeri.com xəbər verir ki, 10 fevral günün birinci yarısında “Mizan Maarif Mərkəzi"nin sədri Ruhullah Novruzzadənin apellyasiya məhkəməsi keçirilib.

Bu barədə onun yaxınlarına vəkil Elvin Yusifov məlumat verib.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib və Suraxanı məhkəməsinin 4 aylıq həbs qətimkan tədbirini qüvvədə saxlayıb. 

Qeyd edək ki, Ruhullah Novruzzadə 1 fevral 234.1 və 234.4.3 ittihamı ilə saxlanılıb və məhkəmənin hökmü ilə barəsində həbs qətimkan tədbiri seçilib. Bu proses istintaqın keçirilməsi üçün edilir və son qərar istintaqın bitməsilə prokurorun ittihamı əsasında məhkəmə hökmülə elan olunur.

GÜNÜN MANŞETLERİ