Bakının bu rayonunda dörd saat işıq olmayacaq

Bakının bu rayonunda dörd saat işıq olmayacaq
Yayınlanma tarixi: 4/1/2026 10:54:22 AM

Bakının bu rayonunda dörd saat işıq olmayacaq.

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

İslamazeri.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsinin bir hissəsində, Şəhər şossesi 1, 2 və 3-cü döngələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

GÜNÜN MANŞETLERİ