Trampın keçmiş baş müşaviri: Netanyahunun oğlu ABŞ-dan qovulmalıdır

Trampın keçmiş baş müşaviri: Netanyahunun oğlu ABŞ-dan qovulmalıdır
Yayınlanma tarixi: 4/1/2026 11:24:02 AM

"etanyahunun oğlu Yair Netanyahu ABŞ-dan qovulmalı və müharibədə döyüşmək üçün orduya çağırılmalıdır."

ABŞ Prezidenti Donald Trampın birinci müddətində onun müşaviri vəzifəsində çalışmış Stiv Bennon bildirib ki, İsrail Baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahu ABŞ-dan qovulmalı və müharibədə döyüşmək üçün orduya çağırılmalıdır.

İslamazeri.com xəbər verir ki, "Real Amerikanın Səsi" onlayn proqramında çıxış edən Bennon, İrana qarşı müharibə aparılarkən Yairin ABŞ-da olmasını tənqid edib. ABŞ Daxili Təhlükəsizlik Departamentini Yairi ABŞ-dan qovmağa və onu İran cəbhəsinə göndərməyə çağıran Bennon, "Netanyahunun oğlunu sabah Mayamidən qovun" deyib.

Trampın "Amerikanı Yenidən Böyük Et" (MAGA) hərəkatının güclü tərəfdarı kimi tanınan Bennon, hazırda Florida ştatının Mayami şəhərində tətildə olan Yairə forma verilməsinin və İsrail vətəndaşı kimi cəbhə xəttinə göndərilməsinin vacibliyini vurğulayıb. Bu mövzuda sərt ifadələr işlədən Bennon bildirib:

"Vətən Təhlükəsizlik Departamenti haradadır? Bizə lazımdır. Tutun. Atın. Geri göndərin. Forma geyin. Qoy ön cəbhədə olsun."

Proqramda Bannon təkcə İsraili deyil, həm də ABŞ-la müttəfiq olan bəzi ərəb ölkələrini də gündəmə gətirərək, Fars körfəzi ilə həmsərhəd olan ölkələrin şahzadələrinin Londondan və oxşar şəhərlərdən qovulmalı və Körfəz müharibəsində döyüşməyə göndərilməli olduğunu bildirib.

Qeyd edək ki, Netanyahunun oğulları Avner və Yairin yetkin olmalarına baxmayaraq, hələ də İsraildə məcburi hərbi xidmətlərini başa vurmamaları Amerika ictimai rəyində müzakirə mövzusu olaraq qalır.

GÜNÜN MANŞETLERİ