İnqilab Keşikçiləri Korpusu hər sui-qəsd cəhdinə görə bir Amerika şirkətinin məhv ediləcəyini açıqlayıb.
İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu ABŞ və İsrailin İrana hücumları ilə bağlı sərt bir bəyanat yayıb. Bəyanatda hər sui-qəsd cəhdinə görə bir Amerika şirkətinin məhv ediləcəyi və Vaşinqton administrasiyasına açıq bir xəbərdarlıq edildiyi bildirilib.
Bəyanatda bu şirkətlərin birbaşa hədəfə alına biləcəyi mesajı çatdırılıb və ərazidə yaşayan mülki şəxslərə diqqətəlayiq bir xəbərdarlıq edilib. İran tərəfi bildirib ki, bu şirkətlərin yaxınlığındakı mülki şəxslər təhlükəsizlikləri üçün ərazini tərk etməlidirlər.
Yazılı bəyanatda bildirilib:
“Terror əməliyyatlarının dayandırılması barədə dəfələrlə xəbərdarlıqlarımızı qulaqardına vurdunuz və bu gün sizin və İsrail müttəfiqlərinizin terror hücumlarında bir sıra İran vətəndaşı şəhid oldu. Amerika İKT və süni intellekt (Sİ) şirkətləri sui-qəsd hədəflərinin dizaynında və təqibində əsas element olduğundan, bu terror əməliyyatlarına cavab olaraq, bu terror əməliyyatlarında fəal iştirak edən əsas qurumlar bundan sonra bizim qanuni hədəflərimiz olacaq.
Bu qurumların işçilərinə təhlükəsizlikləri üçün dərhal iş yerlərini tərk etmələrini tövsiyə edirik. Bölgənin bütün ölkələrində bu terror şirkətlərinin ətrafında yaşayanlar da bir kilometr radiusda yerlərini tərk edib təhlükəsiz yerə getməlidirlər.”
İnqilab Keşikçiləri Korpusu xəbərdarlıq etdi ki, terrorist planlarında fəal iştirak edən şirkətlər hər sui-qəsdə cavab olaraq hədəfə alınacaq.
Hədəfdə olan ABŞ şirkətləri bunlardır:
2. Cisco
3. HP
4. Intel
5. Oracle
6. Microsoft
7. Apple
8. Google
9. Meta
10. IBM
11. Dell
12. Palantir
13. Nvidia
14. J.P. Morgan
15. Tesla
16. GE (General Electric)
17. Spire Solutions
18. G42
19. Boeing