Ərdoğan balkon çıxışında: Qazanan bütün millətimiz və demokratiyamızdır

Ərdoğan balkon çıxışında: Qazanan bütün millətimiz və demokratiyamızdır
Yayınlanma tarixi: 29.05.2023 13:31:25

"Qazanan tək biz deyilik, Türkiyə, bütün millətimiz və demokratiyamızdır"

İslamazerişcom trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ənənəvi balkon çıxışında deyib.

Türkiyədə Prezident seçkilərinin ikinci turunda qalib gələn prezident Ərdoğan hər seçkidən sonra nəticələrlə bağlı ənənəvi “balkon çıxışı”nı bu dəfə paytaxt Ankaradakı Prezident Sarayının balkonundan edib.

Səsverməyə gedən bütün vətəndaşlara təşəkkür etdiyini qeyd edən Ərdoğan seçkidə vəzifə icra edənləri də təbrik edib.

“Qazanan tək biz deyilik, qazanan Türkiyedir, bütün millətimizdir, demokratiyamızdır” deyən Ərdoğan heç kimdən incimədiklərini dilə gətirib:

“İndi milli məqsədlərimiz və arzularımız ətrafında birləşmək və inteqrasiya etmək vaxtıdır”.

Ali Seçki Şurasının açıqladığı müvəqqəti seçki nəticələrinə görə, dünən keçirilən prezident seçkilərinin ikinci turunda Ərdoğan 52,14 faiz səs toplayaraq yenidən prezident olub.

GÜNÜN MANŞETLERİ