Qobuda döyüşə yararlı top mərmisi aşkar edilib

Qobuda döyüşə yararlı top mərmisi aşkar edilib
Yayınlanma tarixi: 10/11/2022 9:58:43 AM

Abşeronda hərbi sursat aşkarlanıb.

Bu barədə "İslamazeri.com"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə rayonun Qobu qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş tətbiqinə yararlı 100 mm-lik top mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

 

GÜNÜN MANŞETLERİ

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM
Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ
DÜNYA / İSLAM DÜNYASI

Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ

3/16/2026 1:20:01 PM
Namazların ümumi təqibatı
DİN

Namazların ümumi təqibatı

3/16/2026 12:43:38 PM
Sumqayıtda top mərmisi aşkar edilib
ÖLKƏ / HADİSƏ

Sumqayıtda top mərmisi aşkar edilib

3/16/2026 12:20:30 PM
Qəbul imtahanlarının tarixi açıqlanıb
ÖLKƏ / TƏHSİL

Qəbul imtahanlarının tarixi açıqlanıb

3/16/2026 11:37:55 AM