İsrail işğal olunmuş Fələstin torpaqlarında genişmiqyaslı qəsəbə planı hazırlayır

İsrail işğal olunmuş Fələstin torpaqlarında genişmiqyaslı qəsəbə planı hazırlayır
Yayınlanma tarixi: 6/13/2026 12:51:44 PM

İsrail işğal olunmuş Fələstin torpaqlarında genişmiqyaslı qəsəbə planı hazırlayır.

İslamazeri.com xəbər verir ki, İsrail fələstinliləri sıxışdırmağa davam edir. Belə ki, İsrail işğal etdiyi Fələstin torpaqlarında – İordan çayının Qərb sahilində 61 yeni qəsəbə salmağı planlaşdırır.

Az.shafaqna.com xəbər verir ki, bu, son onilliklər ərzində İsrailin Fələstin torpaqlarının mənimsənilməsi istiqamətində atdığı ən genişmiqyaslı addımlardan biri hesab olunur.

İsrail bunun üçün azı 350 milyon dolları ayırmağı planlaşdırır.

Xatırladaq ki, bundan başqa, İsrail Qüdsün “Köhnə Şəhər” ərazisində yaşayan müsəlman və xristianların kütləvi şəkildə çıxarılmasına başlayıb. İsrailin yeni planı Müqəddəs Şəhərin mərkəzində yerləşən onlarla binanın müsadirəsini nəzərdə tutur.

Söhbət təkcə sakinlərin evlərindən çıxarılmasından deyil, yerli fələstinli əhalinin deportasiya edilməsindən və boşaldılmış evlərə yəhudi miqrantların yerləşdirilməsindən gedir.

Qeyd edək ki, yəhudi  miqrantların yerli fələstinlilərə qarşı hücumları da artmaqdadır. Fələstin Administrasiyasının Ayrıcı Divara və Məskunlaşmalara Qarşı Müqavimət Komissiyasının məlumatına görə, fevralın 28-dən bəri yəhudi miqrantlar fələstinlilərə qarşı 500-dən çox hücum həyata keçiriblər. Bildirilir ki, onlar bölgədəki qeyri-sabit vəziyyətdən istifadə edərək Fələstin yaşayış məntəqələrinə qarşı hücumları gücləndiriblər.

Məlumatda qeyd olunur ki, fələstinlilərə qarşı bu cür qanunsuz hərəkətlər əksər 

GÜNÜN MANŞETLERİ