İrandan vacib açıqlama: ABŞ ilə razılaşma tamamlandı

İrandan vacib açıqlama: ABŞ ilə razılaşma tamamlandı
Yayınlanma tarixi: 6/15/2026 10:00:39 AM

İrandan vacib açıqlama: ABŞ ilə razılaşma tamamlandı

İslamazeri.com xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi İran və ABŞ arasında müharibəyə son qoymaq üçün anlaşma memorandumunun tamamlandığını elan edib.

İran Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi İran və ABŞ arasında müharibəyə son qoymaq üçün əldə edilən razılaşma ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Hörmətli İran xalqına elan edilir ki, İran İslam Respublikası şəhid liderinin rəhbərliyi altında Amerika-sionist düşmənə qarşı üstünlüyünü möhkəmləndirib. İslam İnqilabı Liderinin tədbirlərinə, xalqın geniş dəstəyinə və İslam döyüşçülərinin fədakar mübarizəsinə uyğun olaraq, bir neçə ay davam edən çətin və intensiv danışıqlardan sonra və Ali Milli Təhlükəsizlik Şurasının qərarına əsasən, 14 iyun axşamı İran və ABŞ arasında müharibəyə son qoymaq üçün danışıqlara dair anlaşma memorandumu (İslamabad danışıqları) yekunlaşdırılıb.

Əldə edilən razılaşmalara əsasən, bu gecədən etibarən Livan da daxil olmaqla bütün cəbhələrdə müharibə və hərbi əməliyyatlar dərhal və birdəfəlik dayandırılacaq. Bundan əlavə, İrana qarşı dəniz blokadası dərhal və tamamilə ləğv ediləcək.

Bu anlaşma memorandumunun rəsmi imzalanması 19 iyun cümə günü baş tutacaq.

Qarşı tərəf anlaşma memorandumunda nəzərdə tutulan öhdəliklərini yerinə yetirdikdən sonra yekun razılaşma üçün danışıqlar davam edəcək.

İran İslam Respublikası bu prosesdəki səylərinə görə Pakistan və Qətər hökumətlərinə minnətdarlığını bildirir".

GÜNÜN MANŞETLERİ

İsrailin müharibə naziri: Livandan geri çəkilməyəcəyik
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin müharibə naziri: Livandan geri çəkilməyəcəyik

6/15/2026 2:18:45 PM
Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
ÖLKƏ / MÜXTƏLİF

Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək

6/15/2026 1:31:55 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

6/15/2026 12:55:37 PM