QMİ sədri İranın Ali Rəhbərinə başsağlığı verdi

QMİ sədri İranın Ali Rəhbərinə başsağlığı verdi
Yayınlanma tarixi: 5/21/2024 1:30:39 AM

Azərbaycan və Qafqaz müsəlmanları adından dərin hüznlə başsağlığı verən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan müsəlmanlarının İran xalqının hüznünə şərik olduqlarını vurğulayıb.

İslamazeri.com-un verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın, Təbrizin cümə imamı Ayətullah Əli Haşiminin və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə başsağlığı məktubu göndərib.

İranın Ali Rəhbərinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına Azərbaycan və Qafqaz müsəlmanları adından dərin hüznlə başsağlığı verən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan müsəlmanlarının İran xalqının hüznünə şərik olduqlarını vurğulayıb.

GÜNÜN MANŞETLERİ

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub
REGİON / İRAN

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub

5/26/2026 2:26:55 PM
Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb

5/26/2026 1:49:41 PM
Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir
ÖLKƏ / MÜXTƏLİF

Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir

5/26/2026 1:11:42 PM