Qalibaf: Tam atəşkəs yalnız o halda mümkündür ki...
İslamazeri.com xəbər verir ki, İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf ABŞ ilə atəşkəs razılaşmasının şərtlərini açıqlayıb.
Qalibaf bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
“Tam atəşkəs yalnız o halda məna kəsb edir ki, razılaşma dəniz blokadası və dünya iqtisadiyyatının ələ keçirilməsi ilə pozulmasın və İsrailin müharibəni qızışdırması dayandırılsın”, – Qalibaf bildirib.
O, əlavə edib ki, atəşkəsin kobud şəkildə pozulması ilə Hörmüz boğazının açılması qeyri-mümkündür:
“Onlar hərbi müdaxilə ilə öz məqsədlərinə çatmadılar. Yeganə yol İran xalqının hüquqlarının tanınmasıdır.