Çin: Hörmüz boğazı normal gəmiçilik üçün açıq qalmalıdır

Çin: Hörmüz boğazı normal gəmiçilik üçün açıq qalmalıdır
Yayınlanma tarixi: 4/21/2026 11:20:01 AM

Çin: Hörmüz boğazı normal gəmiçilik üçün açıq qalmalıdır

İslamazeri.com xəəbər verir ki, Hörmüz boğazında gəmilərin hərəkəti sərbəst olmalıdır. Bu Yaxın Şərq regionundakı bütün ölkələrin maraqlarına uyğundur.

Rusiya mətbuatının məlumatına əsasən, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığı zamanı bildirib.

“Hörmüz boğazı normal gəmiçilik üçün açıq qalmalıdır, bu region ölkələrinin və beynəlxalq ictimaiyyətin ümumi maraqlarına cavab verir”, – deyə Çin lideri vurğulayıb.

Si Cinpin həmçinin, Yaxın Şərqdə münaqişə tərəflərini dərhal atəşkəsə çağırıb.

O qeyd edib ki, Çin Yaxın Şərq ölkələrində mehriban qonşuluq, təhlükəsizlik və əməkdaşlıq mühitinin qurulmasını dəstəkləyir.

GÜNÜN MANŞETLERİ