Pedersen: Suriyada humanitar böhran davam edir

Pedersen: Suriyada humanitar böhran davam edir
Yayınlanma tarixi: 28.04.2023 17:22:38

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Qeir Pedersen deyib: "Suriyaya xüsusən də bölgədən olan marağın yenidən artması nəticəsində mühüm bir nöqtəyə çatdıq. Bu, böhrana siyasi həll yolu tapmaq üçün göstərdiyimiz səylərə töhfə verə bilər.

İslamazeri.com Türkiyə medasına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Qeir Pedersen deyib:
"Suriyaya xüsusən də bölgədən olan marağın yenidən artması nəticəsində mühüm bir nöqtəyə çatdıq. Bu, böhrana siyasi həll yolu tapmaq üçün göstərdiyimiz səylərə töhfə verə bilər". 
Qeir Pedersen BMT Təhlükəsizlik Şurasının Suriya mövzusunda keçirilən sessiyasında ölkədə baş verən hadisələrlə bağlı üzv dövlətləri məlumatlandırıb.
Artan marağın irəliləyişə səbəb olması üçün tərəflərin konkret addımlar atmasının vacibliyini vurğulayan Qeir Pedersen bütün tərəflərin dəstəyinə ehtiyac olduğunu bildirib.
BMT və ya hər hansı bir aktorun təkbaşına Suriyada siyasi həllə nail ola bilməyəcəyinə diqqət çəkən Qeir Pedersen deyib:
"Suriyanın müxtəlif problemlərini həll etmək üçün bir neçə açar lazımdır. Bu açarlar müxtəlif aktyorların əlindədir''.
Qeir Pedersen fevralın 6-da Türkiyedə baş verən zəlzələnin  Suriyada ciddi danıntılara səbəb olduğunu deyib.
Suriyada 12 ildir davam edən müharibəyə toxunan Qeir Pedersen deyib: "Suriyada humanitar böhran davam edir. Suriyalıların hələ də sizin yardımlarınıza ehtiyacı var".
BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinin humanitar maliyyələşdirmə və resursların transferi üzrə direktoru Lisa Doughten ölkədəki humanitar vəziyyətin ciddiliyinə diqqət çəkib.
Tələb olunan məbləğin demək olar ki, hamısının zəlzələlərdən sonra başladılan humanitar yardım kampaniyası çərçivəsində toplandığını qeyd edən Doughten deyib:"Donorlar çox səxavətli olublar. BMT-nin Suriyaya humanitar çağırışının bir hissəsi olaraq 384 milyon dollardan çox vəsait toplanıb. Lakin daha çox yardıma ehtiyac var".

GÜNÜN MANŞETLERİ