Nigeriyada silahlı hücum, onlarla ölü

Nigeriyada silahlı hücum, onlarla ölü
Yayınlanma tarixi: 3/14/2023 11:50:12 AM

Nigeriyanın Katsina əyalətində silahlı şəxslərin hücumu nəticəsində onlarla adam həyatını itirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Katsina əyalətinin Kankara bölgəsində motosikletli silahlı şəxslər tərəfindən törədilib.

Hücumda 22 nəfər həyatını itirib, xeyli sayda adam yaralanıb.

Katsina polisinin sözçüsü Qambo İsah hücumu təsdiqləyib. Lakin ölənlərin sayı barədə məlumat verməyib.

Hadisənin törədildiyi əraziyə təhlükəsizlik qüvvələrinin cəlb olunduğunu ifadə sözçü insident ilə bağlı istintaq başladıldığını qeyd edib.

Son zamanlar motosikletli silahlı şəxslərin hücumlarında artım olduğuna görə ölkənin bəzi ərazilərində motosikletdən istifadə qadağan edilib.

GÜNÜN MANŞETLERİ

İran üç ABŞ gəmisini batırdı
REGİON / İRAN

İran üç ABŞ gəmisini batırdı

3/28/2026 1:00:45 PM
Tramp: İran
DÜNYA / MARAQLI

Tramp: İran "Tramp boğazı"nı açmalıdır

3/28/2026 12:09:01 PM