"İran müharibənin bitməsi üçün şərtləri müəyyən edən və qalib gələn ölkədir və düşmənlər İran İslam Respublikasının şərtlərini qəbul etməli olacaqlar".
İslamazeri.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Əbülfəzl Şikarci ABŞ və İsrailə xəbərdarlıq edərək bildirib ki, "İran müharibənin bitməsi üçün şərtləri müəyyən edən ölkədir".
Şikarci açıqlamasında, ABŞ və İsrailə güclü bir mesaj çatdırıb.
O deyib: "İran döyüş meydanında güclü və qalibdir. İran müharibənin bitməsi üçün şərtləri müəyyən edən və qalib gələn ölkədir və düşmənlər İran İslam Respublikasının şərtlərini qəbul etməli olacaqlar".
Hərbi sözçü düşmənlərə müraciət edərək əlavə edib: "Siz İran Silahlı Qüvvələrinin və böyük İran millətinin gücünü döyüş meydanında gördünüz. Ağıllı olmaq, xəyallarınızdan əl çəkmək, Hollivud tipli məsləhətçilərinizdən uzaqlaşmaq və reallığı qəbul etmək sizin üçün daha yaxşı olar".