Hertsl dağında hərbi qəbiristanlıqda yer qalmayıb, genişləndirilir - İsrail mediası

Hertsl dağında hərbi qəbiristanlıqda yer qalmayıb, genişləndirilir - İsrail mediası
Yayınlanma tarixi: 3/28/2026 12:50:01 AM

İsrailin nüfuzlu "Calcalist" iqtisadi nəşrinin yaydığı məlumata görə, Qüdsdəki Hertsl dağı (Har Herzl) hərbi qəbiristanlığında boş yerlərin sürətlə tükənməsi səbəbindən ərazinin təcili genişləndirilməsi barədə qərar qəbul edilib.

İslamazeri.com xəbər verir ki, nəşrin yazdığına görə, Qüds Regional Planlaşdırma və Tikinti Komitəsi, Müdafiə Nazirliyinin müraciəti əsasında 7.7 dunamlıq ictimai ərazinin qəbiristanlığa birləşdirilməsini təsdiqləyib. Bu qərar nəticəsində qəbiristanlıqda əlavə 500-600 yeni məzar yeri yaradılacaq.

 Komitənin rəsmi qərarında qeyd olunur ki, ölkənin qəbiristanlıqlar üzrə milli planını hazırlayan mütəxəssislər belə, Hertsl dağının bu qədər qısa müddətdə dolacağını və belə bir reallığın yaranacağını təsəvvür etmirdilər.

İsrail ordusunun təqdim etdiyi rəsmi statistikaya əsasən, 7 oktyabr 2023-cü ildən bəri İsrail ordusu tərəfindən 1227 hərbi qulluqçu dəfn edilib. Onlardan 240-ı məhz Hertsl dağında torpağa tapşırılıb.

 Məlumata görə, hazırda sözügedən qəbiristanlıqda 3815 hərbi məzar var. Mövcud qaydalara əsasən, qəbiristanlıqda həmişə 400-ə yaxın ehtiyat yer saxlanılmalıdır, lakin hazırda boş yerlərin sayı 100-ə düşüb.

Müdafiə Nazirliyinin nümayəndəsi komitədəki çıxışında vəziyyətin kritikliyini belə ifadə edib: “Biz Hertsl dağındakı bütün mövcud yerləri tükətmişik. Qüdsdə dəfn apardığımız yeganə yer buradır və təəssüf ki, mən hər bir ssenariyə hazır olmalıyam.”

Vəkil Amit Ofekin rəhbərlik etdiyi komitə etirazı rədd edərək qərarında bunları yazıb: "İctimaiyyətdə kədər və iztirab yaratmamaq üçün burada geniş izahatlara yer verməyəcəyik. Lakin Müdafiə Nazirliyi rəsmilərinin qapalı iclasda təqdim etdiyi izahatlar, qəbiristanlığın genişləndirilməsi üçün yaranmış təcili və dərhal ehtiyac barədə bizi tamamilə razı saldı."

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

*"Hər bir ssenariyə hazir olmalıyıq" - İsrail Müdafiə Nazirliyi nümayəndəsinin bu cümləsi çox vaxt hərbi dildə "böyükmiqyaslı itkilərin davam edəcəyi və ya artacağı" mənasını verir. Onlar sadəcə keçmiş itkiləri dəfn etmək üçün deyil, gələcəkdə gözlənilən ağır dalğalar üçün yer hazırlayırlar. Bu, ordunun sahədəki vəziyyətinin rəsmi bəyanatlardakı qədər "stabil" olmadığını göstərir.

İsrail ordusunda itkilərin elan edilməsi xüsusi bir prosedurla (ailəyə xəbər verilməsi, hərbi senzorun icazəsi) həyata keçirilir. Çox vaxt ağır döyüşlərdəki itkilər zamana yayılaraq hissə-hissə elan edilir ki, cəmiyyətdə şok effekti yaratmasın. Lakin qəbiristanlıq infrastrukturu fiziki bir sahədir – orada "yer yoxdursa", bu, gizlədilə bilməyən bir həqiqətdir. "Calcalist" kimi iqtisadi nəşrlərin bu infrastruktur krizisini yazması, əslində rəsmi hərbi statistikaların arxasındakı boşluğu doldurur.

Xəbərdə maraqlı bir detal var: Komitə sədri deyir ki, nazirlik rəsmilərinin verdiyi izahatlar bizi tamamilə inandırdı, amma "kədər yaratmamaq üçün" detalları açıqlamayacağıq. Bu "detallar" böyük ehtimalla ordunun rəsmi hesabatlarında göstərilməyən, lakin planlaşdırma komissiyasına təqdim olunan real itki proqnozlarıdır.

FOTO

GÜNÜN MANŞETLERİ

İsrailin Merkava tankı belə vuruldu - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Merkava tankı belə vuruldu - VİDEO

3/27/2026 11:00:01 PM
General Musəvi: Bu dəfə məsələ gözə-göz olmayacaq; gözləyin...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

General Musəvi: Bu dəfə məsələ gözə-göz olmayacaq; gözləyin...

3/27/2026 10:57:31 PM