Muxtar Babayev Finlandiya XİN-in nümayəndə heyəti ilə görüşüb

Muxtar Babayev Finlandiya XİN-in nümayəndə heyəti ilə görüşüb
Yayınlanma tarixi: 28.10.2022 14:42:47

Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda işgüzar səfərdə olan Finlandiya xarici işlər nazirinin xarici ticarət əlaqələri üzrə müavini Nina Vaskunlahtinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Nazirlikdən "İslamazeri.com"a verilən xəbərə görə, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

GÜNÜN MANŞETLERİ