İsrail Xan Yunisdə mülki şəxsləri hədəf aldı: Ölən və yaralananlar var

İsrail Xan Yunisdə mülki şəxsləri hədəf aldı: Ölən və yaralananlar var
Yayınlanma tarixi: 6/18/2026 10:01:55 AM

İsrailin hücumları 10 oktyabr 2025-ci ildən bəri qüvvədə olan atəşkəs razılaşmasını pozaraq davam edir.

İslamazeri.com xəbər verir ki, Qəzza zolağının cənubundakı Xan Yunisin Mavasi bölgəsindəki çimərlikdə mülki şəxsləri hədəf alan sionist İsrail ordusuna məxsus pilotsuz təyyarənin hücumu nəticəsində iki fələstinli şəhid olub, altı nəfər yaralanıb.

İsrail ordusunun Qəzza zolağına hücumları davam edərkən, Xan Yunisin Mavasi bölgəsindəki mülki çimərlik ərazisi pilotsuz təyyarə tərəfindən hədəfə alınıb.

Səhiyyə mənbələrinə görə, hücum nəticəsində iki fələstinli şəhid olub, altı nəfər yaralanıb. Yaralılar və şəhidlərin cəsədləri Xan Yunisdəki Nasir Xəstəxanasına aparılıb.

Daha əvvəl bildirilirdi ki, 2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin ümumi sayı 73.016 nəfərə, yaralıların sayı isə 173.265 nəfərə çatıb.

GÜNÜN MANŞETLERİ