Moskvada İran-İraq təhlükəsizlik danışıqları keçirilib

Moskvada İran-İraq təhlükəsizlik danışıqları keçirilib
Yayınlanma tarixi: 5/27/2026 12:33:14 PM

Moskvada İran-İraq təhlükəsizlik danışıqları keçirilib.

İslamazeri.com xəbər veri ki, İran Ali Milli Təhlükəsizlik Şurası Katibliyinin Xarici Siyasət və Beynəlxalq Təhlükəsizlik üzrə müavini Əli Baqiri, İrana qarşı təhlükəsizlik təhdidləri və regional inkişafları müzakirə etmək üçün Moskvada İraq Milli Təhlükəsizlik müşaviri Qasım əl-Ərəci ilə görüşüb.

Baqiri Moskvada keçirilən 14-cü Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində əl-Ərəci ilə görüşüb.

Görüş zamanı Baqiri İraq hökumətinin ərazisinin və hava məkanının İrana qarşı təhdid mənbəyinə çevrilməsinin qarşısını almaq üçün qətiyyətli addımlar atmalı olduğunu bildirib, bu təhdidlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb və İranın bu mövzuda fəal əməkdaşlığa hazır olduğunu bildirib.

Baqiri İranın milli təhlükəsizliyinə qarşı heç bir təhdidə dözməyəcəyini və bu cür təhdidlərin dərhal aradan qaldırılmalı olduğunu bildirib.

Baqiri həmçinin ABŞ və İsrailin regionda sabitliyi pozmaqdakı roluna toxunaraq, müqavimət qruplarının regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində təsirli olduğunu qeyd edib.

Görüş zamanı Əl-Ərəci ABŞ və İsrail hərbi qüvvələrinin İrana qarşı hücumlarını pislədi və İraqın bu təhdidləri kökündən həll etmək üçün İranla əməkdaşlığa hazır olduğunu bildirib.

Əl-Ərəci deyib ki, "İraq İranın təhlükəsizliyini təhdid edən hər hansı bir fəaliyyətə qarşıdır".

İraqın Milli Təhlükəsizlik Məsləhətçisi həmçinin müharibədə həlak olduğu bildirilən Əli Laricani üçün başsağlığı verib və İran hökuməti və xalqı ilə həmrəylik mesajı çatdıraraq deyib: "Bu gün hər kəs İranın bu müharibədə qalib gəldiyini bilir".

Əl-Ərəci Tehran və Bağdad arasında strateji münasibətlərin vacibliyini vurğulayaraq bildirib ki, İran-İraq münasibətləri regional əməkdaşlıq üçün uyğun bir model təşkil edə bilər.

Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini çərşənbə axşamı səhər yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ilə konfransda iştirak etmək üçün Moskvaya səfər edib.

GÜNÜN MANŞETLERİ

Son 24 saat ərzində Livan cəbhəsində 24 israilli yaralanıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Son 24 saat ərzində Livan cəbhəsində 24 israilli yaralanıb

5/27/2026 12:07:12 PM
İsrail Livanda quru əməliyyatına başlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda quru əməliyyatına başlayıb

5/27/2026 10:33:01 AM