MN: Ordumuzun mövqeləri atəşə tutulub

MN: Ordumuzun mövqeləri atəşə tutulub
Yayınlanma tarixi: 10/20/2022 10:02:14 AM

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə "İslamazeri.com"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, oktyabrın 19-u saat 22:35-dən oktyabrın 20-si saat 00:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

"Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb".

GÜNÜN MANŞETLERİ

Qəbul imtahanlarının tarixi açıqlanıb
ÖLKƏ / TƏHSİL

Qəbul imtahanlarının tarixi açıqlanıb

3/16/2026 11:37:55 AM
Xəzər dənizində zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Xəzər dənizində zəlzələ olub

3/16/2026 11:34:38 AM
İran: Atəşkəs gündəmdə deyil
REGİON / İRAN

İran: Atəşkəs gündəmdə deyil

3/16/2026 11:29:44 AM