MM tezliklə “Reproduktiv sağlamlıq haqqında” qanunu qəbul edə bilər

MM tezliklə “Reproduktiv sağlamlıq haqqında” qanunu qəbul edə bilər
Yayınlanma tarixi: 5/19/2023 12:06:23 PM

MM tezliklə “Reproduktiv sağlamlıq haqqında” qanunu qəbul edə bilər.

“Milli Məclisin qarşısında duran vacib məsələlərdən biri tezliklə “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul olunmasıdır”.

İslamazeri.com xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyinin bütün formalarının ləğv edilməsi üzrə Komitəsinin Azərbaycanla bağlı tövsiyələrində də bu öz əksini tapıb: "Məsələn, nikaha xitam verilmənin əsas səbəblərindən biri də sonsuzluqdur, lakin müasir dövrdə hər bir insanı valideyn edə bilən tibbi üsul - süni və ekstrokorporal mayalanma metodu geniş tətbiq olunur. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də məhz, bu tələblər çərçivəsində hazırlanıb (iki dəfə icbari tibbi sığortanın zəmanət paketi hesabına)”.

Şöbə müdiri bildirib ki, daha ciddi problemlər də mövcuddur: “Məsələn, bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqlarının qorunmaması, ailə üzvlərinin istəyinə əsasən qadının hamiləliyini süni şəkildə dayandırmağa məcbur edilməsi, bəzən də qadının yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edildiyi hallar mütərəqqi müddəalarla zəngin olan qanun layihəsinin qəbulu ilə problemin hüquqi tənzimlənməsini vacib edir. Qanunun əsas özəlliyi də bu problemin həllində ailə planlaşdırmasının əlavə mexanizm kimi təsbit olunmasıdır”.

GÜNÜN MANŞETLERİ

Rusiya İrana humanitar yardım göndərəcək
REGİON / RUSİYA

Rusiya İrana humanitar yardım göndərəcək

3/12/2026 4:00:41 PM
İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub

3/12/2026 3:10:01 PM
Təl-Əvivdə sirenalar susmur
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Təl-Əvivdə sirenalar susmur

3/12/2026 2:50:24 PM
ABŞ və İsrail İranda 198 uşağı qətlə yetirib
REGİON / İRAN

ABŞ və İsrail İranda 198 uşağı qətlə yetirib

3/12/2026 1:41:19 PM
Azərbaycanda influenser və bloqerlərə YENİ QADAĞA
ÖLKƏ / SİYASƏT

Azərbaycanda influenser və bloqerlərə YENİ QADAĞA

3/12/2026 1:10:01 PM