Maduronun son fotosu yayıldı - FOTO

Maduronun son fotosu yayıldı - FOTO
Yayınlanma tarixi: 1/3/2026 9:00:01 PM

ABŞ Prezidenti Donald Tramp Nikolas Maduro və onun həyat yoldaşının hazırda ABŞ hərbi gəmisində olduğunu və Nyu-Yorkda aparılaraq məhkəmə qarşısına çıxarılacağını bildirib.

İslamazeri.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”-a telefon müsahibəsində deyib.

Eyni zamanda mediada Maduronun gözləri və əlləri qandalda fotosu da yayılıb.

O, cütlüyün hazırda ABŞ-ın “İvo Jima” hərbi gəmisində olduğunu təsdiqləyib. Tramp onların helikopterlə ölkədən çıxarıldığını açıqlayıb.

Donald Tramp Venesuela Prezidentinin ələ keçirilməsini hərbi generallarla birlikdə Mar-a-Laqodakı iqamətgahında real vaxt rejimində izlədiyini bildirib.

Tramp həmçinin Venesuellanı ABŞ idarə edəcəyini və ölkəni ələ keçirə bilməsələr bombalayacaqlarını deyib.

 

GÜNÜN MANŞETLERİ

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub
REGİON / İRAN

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub

5/26/2026 2:26:55 PM
Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb

5/26/2026 1:49:41 PM
Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir
ÖLKƏ / MÜXTƏLİF

Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir

5/26/2026 1:11:42 PM