Maariv: İsrail artıq Hizbullah üzərində üstünlüyü ələ ala bilmir

Maariv: İsrail artıq Hizbullah üzərində üstünlüyü ələ ala bilmir
Yayınlanma tarixi: 4/25/2026 12:30:31 PM

Maariv: İsrail artıq Hizbullah üzərində üstünlüyü ələ ala bilmir

İslamazeri.com xəbər verir ki, İsrailin "Maariv" qəzeti İsrailin həm Livanda, həm də İranda "Hizbullah"a qarşı müharibələrində "ciddi liderlik böhranı" ilə üzləşdiyini yazıb.

Qəzet iddia edir ki, bu böhran Baş nazir Benyamin Netanyahunun mürəkkəb tibbi müalicələri ilə üst-üstə düşür və bu vəziyyət İsrail ordusunun əhəmiyyətli hərbi uğurlarını siyasi fəaliyyətə çevirməsinə mane olur.

Maariv-in təhlilinə görə, vəziyyət tərsinə çevrilib. "Hizbullah" səhər tezdən axşama qədər İsrail qüvvələrinə hücumlar edir, İsrail ordusu isə artıq təşəbbüsü "ələ ala" bilmir.

Məqalədə həmçinin ABŞ prezidenti Donald Trampın regional inkişafları istiqamətləndirdiyi və İsrail siyasi rəhbərliyinin bu qərarlara təsir göstərə bilmədiyi bir vəziyyətə də işarə edilir.

Qəzet mövcud vəziyyətin uzun sürməyəcəyi barədə xəbərdarlıq edərək yazıb ki, "Hizbullahın göstərdiyi hərbi təzyiq İsrail üçün ciddi bir problemə çevrilib".

Həmçinin qeyd olunur ki, eskalasiya nəzarətdən çıxsa, İsrail ictimaiyyətinin bu "çıxılmaz vəziyyəti" idarə edə bilməyəcəyi ilə bağlı narahatlıqlar artır.

Maariv həmçinin Netanyahunun sağlamlığına da xeyli yer ayırıb. Oxuculara xatırladıb ki, Baş nazir prostat xərçəngindən müalicə alır və əvvəllər ürək problemləri səbəbindən kardiostimulyator implantasiya olunub.

Qəzet yazıb ki, bu vəziyyət intensiv müalicə prosesi ilə birlikdə həm Netanyahunun istirahət qabiliyyətinə, həm də qərar qəbuletmə prosesinə təsir göstərə bilir, yorğunluq və "zehni gərginlik" ehtimalını artırır.

GÜNÜN MANŞETLERİ

Zelenski Azərbaycana səfərə gəlib
ÖLKƏ / SİYASƏT

Zelenski Azərbaycana səfərə gəlib

4/25/2026 11:47:02 AM
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
ÖLKƏ / İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib

4/25/2026 11:28:46 AM