Bloomberg: İranla müharibə Trampın müttəfiqlərini ikiyə bölüb

Bloomberg: İranla müharibə Trampın müttəfiqlərini ikiyə bölüb
Yayınlanma tarixi: 4/24/2026 9:33:44 PM

Prezident Trampın aqressiv paylaşımları və Tehrana yönəlik təhdidləri sülh danışıqlarını pozub.

"Prezident Trampın aqressiv paylaşımları və Tehrana yönəlik təhdidləri sülh danışıqlarını pozub. Güzəştlər və dialoq əvəzinə İran mövqeyini sərtləşdirib, ABŞ prezidentinin komandasında isə daxili parçalanma baş verib."

İslamazeri.com xəbər verir ki, bu barədə Salma Əl-Vardani, Ben Bartenşteyn, Miretta Maqdi, Patrik Sayks Bloomberg-də birgə yazdıqları məqalədə deyilir.

Müəlliflərə görə, diplomatik proseslərdən xəbərdar olan rəsmi şəxslərin məlumatına görə, prezident Donald Trampın hədələri və sosial şəbəkələrdəki sərt çıxışları İranın ABŞ-la birbaşa sülh danışıqlarına razılıq verməsinə mane olur. İki ABŞ rəsmisi bildirib ki, Trampın "Truth Social" platformasındakı paylaşımları və İran limanlarına tətbiq olunan dəniz blokadasının davam etdirilməsi, vasitəçilər (o cümlədən Pakistan) üzərindən aparılan hazırkı danışıqlara ciddi zərbə vurub.

İranlı müzakirəçilər hesab edir ki, Trampın "ölkəni tamamilə məhv etmək" və "daş dövrünə qaytarmaq" kimi təhdidləri Tehran rəhbərliyini alçaldır və danışıqlara olan marağı tamamilə öldürür. Məsələnin həssaslığı səbəbindən mənbələr adlarının açıqlanmamasını istəyiblər.

Tərəflər iki həftə əvvəl atəşkəs əldə etsələr də, sülh danışıqları dalana dirənib. Minlərlə insanın həyatına son qoyan, Yaxın Şərqdə xaos yaradan və enerji qiymətlərini bahalaşdıran münaqişə səngimək bilmir. Hörmüz boğazında gərginliyin artması və qarşılıqlı blokadalar fonunda "Brent" markalı neftin qiyməti 105 dollara yaxınlaşıb. Məlumata görə, ABŞ hərbçiləri Hind okeanında İran nefti daşıyan supertankeri ələ keçirib, Tehran isə buna cavab olaraq iki gəmini atəşə tutub ələ keçirib. Rəsmilər bu çıxılmaz vəziyyətin səbəblərindən birinin məhz ABŞ prezidentinin ritorikası olduğunu bildirirlər. İranlı tərəflə əlaqə saxlayan avropalı diplomat qeyd edib ki, son günlər danışıqlarda heç bir irəliləyiş olmayıb.

Ağ Ev nümayəndəsi isə bildirib ki, Tramp İran liderlərinin hisslərini nəzərə almasa da, ABŞ-ın milli təhlükəsizliyini uzunmüddətli təmin edəcək razılaşma əldə etməkdə ciddidir.

Aprelin 7-də, atəşkəs elan olunmamışdan qısa müddət əvvəl Tramp "bu gecə bütöv bir sivilizasiya məhv ola bilər" bəyanatını vermişdi. Ağ Evin qənaətinə görə, məhz bu sərt və kompromissiz ritorika İranı atəşkəsə razı salıb.

Buna baxmayaraq, İran nümayəndə heyəti İslamabadda keçirilməsi planlaşdırılan ikinci raund danışıqlara qatılmaqdan imtina etsə də, Tramp atəşkəsi uzadıb. Aprelin ortalarında Pakistanda baş tutan ilk raund da nəticəsiz qalmışdı. Danışıqlar ləğv edilməzdən əvvəl ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vensin rəhbərlik edəcəyi, ona Cared Kuşner və xüsusi elçi Stiv Uitkoffun qoşulacağı gözlənilirdi.

Trampın paylaşımları İran rəsmilərinin sərt reaksiyasına səbəb olub; İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bunları "informasiya müharibəsi və ictimai rəyi manipulyasiya etmək" kimi dəyərləndirib.

İran prezidenti Məsud Pezeşkian çərşənbə günü bildirib ki, ölkəsi ABŞ-la danışıqlara açıqdır, lakin vurğulayıb ki, "blokada və hədələr əsl diplomatiya yolunda əsas maneələrdir".

ABŞ rəsmilərinin sözlərinə görə, Trampın bəzi müşavirləri blokadanın maksimum uzadılmasını istəyir. Onlar hesab edir ki, neft ixrac edə bilməyən İran bir neçə həftə ərzində ciddi iqtisadi zərbə alacaq və güzəştə getməyə məcbur olacaq. Tramp da bu yanaşmanı dəstəkləyir və bildirir ki, vaxt onların əleyhinə işləyir: "Əgər İran neft ixrac etməsə, bütün neft infrastrukturu dayanacaq, çünki istehsal olunanı saxlamağa yerləri yoxdur".

Digər düşərgə isə əksini iddia edir: onlar hesab edir ki, indi kompromis tapmaq zamanıdır. Böhran uzansa, bu, ABŞ-ın öz iqtisadiyyatına və noyabrda keçiriləcək aralıq seçkilərin nəticələrinə mənfi təsir göstərə bilər. Onların fikrincə, prezidentin ritorikası nüvə proqramının məhdudlaşdırılması və sanksiyaların yumşaldılması ilə bağlı əldə olunan irəliləyişi təhlükə altına atır.

Bununla belə, Ağ Ev nümayəndəsi vurğulayıb ki, ABŞ-ın milli təhlükəsizlik komandası İranın nüvə silahı əldə etməməsi üçün yekdil fikirdədir və son söz prezidentindir.

Daxili siyasətdə də Tramp üçün təzyiqlər artır: Hörmüz boğazındakı gərginlik səbəbindən yanacaq qiymətlərinin artması ABŞ-da narazılıq yaradıb və qlobal iqtisadi tormozlanma ilə bağlı narahatlıqları gücləndirib.

İran isə sanksiyaların ləğvi, nüvə və raket proqramları ilə bağlı problemlərin həlli, gələcək hücumlara qarşı zəmanət və Hörmüz boğazında gəmiçiliyə müəyyən nəzarət hüququ istəyir. ABŞ və İsrail bu tələbləri qəbul etməyəcəyini açıqlayıb.

Buna baxmayaraq, tərəflərin boğazı yenidən açacaq və blokadaya son qoyacaq müvəqqəti razılaşmaya getməsi ehtimalı istisna edilmir. Digər mübahisəli məqamlar isə gələcək danışıqlara saxlanıla bilər.

Yaxın Şərq İnstitutunun əməkdaşı və İran üzrə mütəxəssis Aleks Vatanka qeyd edib: "Tramp öz ünsiyyət tərzi ilə diplomatiyanın uğurlu olması üçün lazım olan zəmini sarsıdıb. Tehrandakı hazırkı rejimlə danışıqlarda gurultulu media bəyanatları və sosial şəbəkə hücumları deyil, sakit və təmkinli ritorika daha effektiv olar

GÜNÜN MANŞETLERİ

Zelenski Azərbaycana səfərə gəlib
ÖLKƏ / SİYASƏT

Zelenski Azərbaycana səfərə gəlib

4/25/2026 11:47:02 AM
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
ÖLKƏ / İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib

4/25/2026 11:28:46 AM