Lukaşenko İrana səfər edəcək

Lukaşenko İrana səfər edəcək
Yayınlanma tarixi: 11.03.2023 10:56:08

Lukaşenko İrana rəsmi səfər edəcək.

İslamazeri.com-un Sputnik-ə istinadən verdiyi xəbərə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko martın 12-13-də İranda rəsmi səfərdə olacaq.

Bu barədə RİA Novosti Belarus dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Belarus Prezidenti Aleksandr Lukaşenko martın 12-13-də İranda rəsmi səfərdə olacaq. Tehranda Belarus dövlət başçısı İran prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacaq”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Tehranda keçiriləcək danışıqların əsas mövzusu ikitərəfli münasibətlərin bütün spektri üzrə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi, əsas diqqət ticari-iqtisadi əməkdaşlıq olacaq.

“Prezidentlərin görüşü nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə dar və geniş tərkibdə keçiriləcək. Tərəflər sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində layihələrin həyata keçirilməsini müzakirə edəcəklər. Regionda və bütövlükdə dünyada vəziyyətə xüsusi diqqət yetiriləcək”, – deyə məlumatda qeyd olunur.

GÜNÜN MANŞETLERİ