Əlahiddə Ümumqoşun Ordunun birləşmələrində məşğələ keçirilib

Əlahiddə Ümumqoşun Ordunun birləşmələrində məşğələ keçirilib
Yayınlanma tarixi: 9.05.2023 17:58:21

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində bütün növ silah və texnikalara mövsümə uyğun düzgün texniki qulluğun göstərilməsi ilə bağlı məşğələ keçirilib.

Müdafiə Nazirliyindən "İslamazeri.com"a verilən məlumata görə, məşğələ zamanı bölmələrin döyüş gücünü artırmaq məqsədilə hər bir silah və hərbi texnikadan düzgün istismar qaydalarına əməl olunmasının və onların texniki sazlığının qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Məşğələdə silah və texnikanın fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə mövsümi tələblərə uyğun olaraq hissə və mexnizmlərin dəyişdirilməsi, hər növ texnikanın mövsümə uyğun istismar olunması ilə bağlı nəzəri dərslər keçirilib.

Nəzəri dərslərdən sonra atıcı silahlara, avtomobil və zirehli texnikalara, aviasiya və hava hücümundan müdafiə vastilərinə, rabitə avadanlıqlarına və digər texnikalara texniki qulluğun göstərilməsi praktiki olaraq şəxsi heyətə öyrədilib.

 
 

GÜNÜN MANŞETLERİ