İƏT Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib

İƏT Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib
Yayınlanma tarixi: 6/24/2026 11:10:06 AM

İƏT Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib.

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib.

İslamazeri.com xəbər verir ki, sədrliyin təhvil verilməsi İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində baş tutub.

Qeyd edək ki, 40-dan çox ölkənin parlament nümayəndə heyəti, 10-dan çox ölkə spikeri və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı sessiyada "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusunda müzakirələr aparılacaq. Tədbirdə 400-dən artıq nümayəndə iştirak edir.

Tədbir çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, Hüquqi və mədəni, sivilizasiyalar və dinlərarası dialoq məsələləri, İnsan hüquqları, qadın və ailə məsələləri komitələrinin, həmçinin qurumun digər strukturlarının iclasları keçiriləcək, gündəlikdəki sənədlərə münasibət bildiriləcək.

Sessiya iyunun 25-də başa çatacaq.

GÜNÜN MANŞETLERİ