İsrailin 28 yüksək rütbəli məmurundan Netanyahuya ittihamlar

İsrailin 28 yüksək rütbəli məmurundan Netanyahuya ittihamlar
Yayınlanma tarixi: 5.04.2024 13:46:11

İsraildə 28 yüksək rütbəli məmur baş nazir Benyamin Netanyahunun istefaya göndərilməsi üçün Ali Məhkəməyə müraciət edib.

İslamazeri.com xəbər verir ki, İsrailin iqtisadi saytı “Calcalist” yazır:

“İqtisadçılar, texnologiya ekspertləri və akademiklər də daxil olmaqla 28 yüksək səviyyəli məmur B.Netanyahunun işdən çıxarılması tələbi ilə Ali Məhkəməyə ərizə verib. Müraciətdə Netanyahunun müharibədə dövlətin maraqlarına uyğun hərəkət etmək məsuliyyəti ilə rüşvətxorluq, fırıldaqçılıq və etibardan sui-istifadədə kimi şəxsi maraqları arasında parçalandığı qeyd edilib.

Netanyahu müharibənin başlanmasından bu yana bir neçə dəfə ona qarşı korrupsiya işinə baxılmasını “müharibə ilə məşğul olduğunu” əsas gətirərək təxirə salıb. İsrail baş nazirinin vəzifəsindən uzaqlaşdırılmasını tələb edilib”.

Qeyd edək ki, Benyamin Netanyahu korrupsiya ittihamı ilə Şərqi Qüds Bölgə Məhkəməsində mühakimə olunur.

 

 

GÜNÜN MANŞETLERİ