Türkiyə Prezidenti Ərdoğanın İsralə qarşı çıxışına İsrailin XİN başçısı "ermənipərəst" mesajı ilə cavab verib
İslamazeri.com: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün iki aktual mövzuda danışlb. O, koalisiya qüvvələrinin yəmənli husilərin təlim bazalarına və dron anbarlarına dünənki hücumunu şərh edərkən, amerikalılar və britaniyalıların “Qırmızı dənizi qan dənizinə çevirdiklərini” bildirib.
Cənubi Afrika Respublikasının İsrailə qarşı “soyqırım” iddiası ilə bağlı iddiası ilə bağlı Haaqa Beynəlxalq Məhkəməsində keçirilən dinləmələrə gəlincə, Ərdoğan bildirib ki, Türkiyə İsrailin Qəzza zolağında “soyqırım” törətdiyini sübut edən materialları toplayıb Cənubi Afrikaya ötürüb.
O, həmçinin əmin edib ki, Ankara İsrailə qarşı əlində olan bütün ittihamedici materialları verməyə davam edəcək. Türkiyə prezidenti əlavə edib: “İsrailin soyqırımda günahkar bilinəcəyinə inanıram”.
İsrailin yeni xarici işlər naziri İsrael Katz Ərdoğana cavab verib. O x hesabında yazıb: “Erməni xalqına qarşı soyqırım törədən və dünyanın susacağını düşünən Türkiyə prezidenti bu gün İsraili soyqırımda ittiham etməyə kömək edə biləcək materialları Haaqa məhkəməsinə çatdırdığı üçün fəxr edir. Sizi eşitdik. Biz nə erməni xalqının soyqırımını, nə də kürdlərə qarşı qırğını unutmamışıq. İnsanları öldürdünüz. Biz sizin barbar dostlarınıza qarşı özümüzü müdafiə edirik”.