İsrail Qəzza zolağına hava hücumu edib

İsrail Qəzza zolağına hava hücumu edib
Yayınlanma tarixi: 13.02.2023 11:01:45

İsrail rejiminə məxsus döyüş təyyarələri mühasirədə olan Qəzza zolağına hava hücumu zamanı bir bölgəni vurub.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, İsrailə aid döyüş təyyarələri Qəzzanın mərkəzi hissəsində Həmas-a aid bir nöqtəni hədəf alıb.

İsrail qüvvələrinin sözçüsü Aviçay Adraee iddia edib ki, sözügedən hava hücumu HƏMAS-ın güc və silahlanma səylərini əngəlləmək məqsədi daşıyır.

Şəhərin Səhiyyə Nazirliyi hücum nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik açıqlama verməyib.

GÜNÜN MANŞETLERİ