İsrail bu ölkələrə qarşı birgə hərbi əməkdaşlıq proqramı imzaladı

İsrail bu ölkələrə qarşı birgə hərbi əməkdaşlıq proqramı imzaladı
Yayınlanma tarixi: 12/29/2025 11:22:05 AM

İsrail ordusu açıqlayıb ki, İsrail rejimi 2026-cı il üçün Yunanıstan və Kiprlə Türkiyəyə qarşı yönəlmiş birgə hərbi əməkdaşlıq proqramı imzalayıb.

İslamazeri.com xəbər verir ki, israilli mənbələrin bildirdiyinə görə, sözügedən proqram Aralıq dənizində Türkiyəyə qarşı tədbirlərin əlaqələndirilməsi məqsədilə hazırlanıb.

Çərşənbə günü yayılan məlumatlarda qeyd olunub ki, razılaşma üç tərəf arasında birgə hərbi təlimlərin keçirilməsini, xüsusi təyinatlı qüvvələrin hazırlanmasını, yüksək səviyyəli görüşlərin və hərbi məsləhətləşmələrin təşkilini nəzərdə tutur.

GÜNÜN MANŞETLERİ