İranın Bakıdakı səfiri Şimal-Cənub dəhlizinin Azərbaycan, İran və Rusiyaya faydalarından danışıb

İranın Bakıdakı səfiri Şimal-Cənub dəhlizinin Azərbaycan, İran və Rusiyaya faydalarından danışıb
Yayınlanma tarixi: 7.10.2022 14:30:32

"Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından istifadə İran, Rusiya və Azərbaycan Respublikasının sıx əməkdaşlığı ilə Rusiya və digər ölkələrdən müxtəlif istiqamətlərə kənd təsərrüfatı məhsullarının asan çıxışı təmin edilə bilər"

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bunu  İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Bakıda taxıl istehsalı və nəqli konfransında deyib.

"İran regional və qlobal tranzit oxu olaraq mövcud infrastrukturunu, o cümlədən silosları, anbarları və dəmir yolu və avtomobil nəqliyyatı şəbəkələrini genişləndirmək, taxıl və digər kənd təsərrüfatı məhsullarının Rusiyadan Fars körfəzinə və onun hüdudlarından kənara tranzitini asanlaşdırmaq üçün digər ölkələrlə əməkdaşlıq etmək üçün bütün imkanlarından istifadə etməyə hazırdır.", -deyə iranlı diplomat əlavə edib.

Səfir daha sonra deyib: "Son zamanlar İranın Şanxay müqaviləsinə tam qoşulması ilə Şimal-Cənub və Şərq-Qərb dəhlizləri vasitəsilə taxıl və digər malların tranziti sahəsində daha yaxşı və sıx regional əməkdaşlıq üçün yeni imkanlar yaranıb."

GÜNÜN MANŞETLERİ