İranın ali dini lideri və prezidentindən İsrailin son hücumuna reaksiya

İranın ali dini lideri və prezidentindən İsrailin son hücumuna reaksiya
Yayınlanma tarixi: 3.04.2024 03:57:04

Rəsmi Tehran İsraili Dəməşqdəki İran konsulluğuna etdiyi hücuma görə peşman olmağa məcbur edəcək.

İslamazeri.com xəbər verir ki, bu barədə İranın Ali lideri Ayətullah Xamenei bəyan edib.

O deyib ki, İranın “cəsur oğullarının əlləri ilə” İsraildən qisas alınacaq.

“Biz onları bu cinayətə görə peşman etdirəcəyik”, – deyə Ayətullah Xamenei qeyd edib.

Həmçinin İran prezidenti Seyid İbrahim Rəisi də bildirib ki, İsrailin Suriyada İranın diplomatik nümayəndəliyinə hücumu cavabsız qalmayacaq.

Rəisinin sözlərinə görə, İsrail Qəzza sektorundakı “uğursuzluqları və məğlubiyyətlərinin fonunda özünü xilas etmək üçün” bu cür addımlar atır.

Xatırladaq ki, ötən gün Suriyadakı İran konsulluğuna İsrail tərəfindən endirilən zərbə nəticəsində 2-si general olmaqla, 7 hərbi qulluqçusu həyatını itirib.

GÜNÜN MANŞETLERİ