İranda raket təlimləri keçirilibmi?

İranda raket təlimləri keçirilibmi?
Yayınlanma tarixi: 22.12.2025 18:07:14

İranın dövlət televiziyası IRIB-ə danışan mənbələr İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bu gün raket sınağı keçirmədiyini bildirib.

İslamazeri.com xəbər verir ki, IRIB-in xəbər saytında məlumatlı mənbələrə istinadən yayımlanan xəbərə görə, sosial mediada paylaşılan görüntülərin raket sınağı ilə heç bir əlaqəsi yoxdur və həqiqəti əks etdirmir.

Bundan əvvəl isə "Fars" Xəbər Agentliyi İnqilab Keşikçiləri Korpusunun raket sınağı keçirdiyi barədə məlumat yaymışdı.

GÜNÜN MANŞETLERİ