İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri arasında telefon danışığı olub.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan arasında telefon danışığı olub.
İslamazeri.com xəbər verir ki, İranın xarici işlər naziri Əmir Abdullahiyan bu telefon danışığında Səudiyyə Ərəbistanı xalqını və hökumətini Fitr bayramı münasibətilə təbrik edib.
Abdullahiyan Səudiyyə Ərəbistanının texniki nümayəndə heyətinin Tehran və Məşhəddə keçirilən görüşünün nəticələrini uğurlu kimi qiymətləndirib.
Abdullahiyan deyib:
“Xarici İşlər Nazirliyindəki dostlarım və onların Ər-Riyad və Ciddədəki nümayəndə heyəti İranın Səudiyyə Ərəbistanındakı səfirliyinin və baş konsulluğunun ziyarət günlərindən əvvəl yenidən açılması üçün çalışırlar”.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Fitr bayramını təbrik edib və iranlı həmkarı ilə tezliklə Tehran və Ər-Riyadda görüşməyi arzulayıb.
Bin Fərhan bildirib ki, Səudiyyə Ərəbistanı iranlı zəvvarlar və İranın Ər-Riyad və Ciddədəki səfirlik və konsulluqlarının yenidən açılması üçün lazımi şəraiti təmin edəcək.