İordaniyada Suriya ilə bağlı növbəti sammit keçiriləcək

İordaniyada Suriya ilə bağlı növbəti sammit keçiriləcək
Yayınlanma tarixi: 1.05.2023 10:36:31

Bu gün İordaniyada Suriya ilə bağlı növbəti sammit keçiriləcək.

İordaniya, Səudiyyə Ərəbistanı, İraq və Misirin xarici işlər nazirləri bu gün Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad ilə görüşəcək.

İslamazeri.com xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamada, İordaniya, Səudiyyə Ərəbistanı, İraq və Misirin xarici işlər nazirlərinin suriyalı həmkarları Miqdad ilə görüşünün paytaxt Əmmanda keçiriləcəyi bildirilib.

Bildirilib ki, iclas Fars Körfəzi Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri İordaniya, İraq və Misirin 2023-cü il aprelin 14-də Ciddə şəhərində keçirilən məsləhətləşmə toplantısının davamı olub.

Ərəb Liqası baş katibinin müavini Husam Zəki 32-ci Ərəb Liqası Sammitinin 19 may 2023-cü ildə Səudiyyə Ərəbistanında keçirilməsinin gözlənildiyini açıqlayıb. Əmmandakı görüşün də sammitdən əvvəl olması diqqət çəkib.

Ərəb Liqası Suriyadakı münaqişə ilə əlaqədar 12 noyabr 2011-ci ildə ölkənin üzvlüyünü dayandırıb.

GÜNÜN MANŞETLERİ