İmran Xanın həbsi təxirə salınıb

İmran Xanın həbsi təxirə salınıb
Yayınlanma tarixi: 16.03.2023 15:40:28

İmran Xanın həbsi təxirə salınıb.

Lahor Ali məhkəməsi ölkənin keçmiş baş naziri, “Pakistan Ədalət Hərəkatı” (PTI) müxalifət partiyasının sədri İmran Xanın həbsinə dair orderin keçərliliyini 17 martadək dayandırıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, İslamabad dairə məhkəməsi hələ bazar ertəsi günü keçmiş hökumət başçısının həbsi orderini verib.

Xan İslamabad dairə məhkəməsinin iclasına qatılmayıb.

Məhkəmə Xanın 19 marta planladığı mitinqə mane olmaq qərarını çıxarıb, hökumət və müxalifəti isə məsələni danışıqlar yolu ilə həll etməyə çağırıb.

Eyni zamanda isə, İslamabaddakı ən aşağı instansiya hakimi Zəfər İqbal qeyd edib ki, əgər Xan məhkəmə iclasına qatılmaq qərarı qəbul edərsə, həbs orderinin keçərliliyi dayandırılacaq.

Ötən gün Lahor Ali məhkəməsi Xanın həbs orderinin keçərliliyini 16 mart 10:00-dək dayandırmışdı.

Xan həbs edilərsə, PTI liderinin tərəfdarları kütləvi etirazlar keçirəcəklər.

Xanın Zaman partkı rayonunda yerləşən iqamətgahına gedən yollarda konteynerlrə yerləşdirilib, siyasətçinin tərəfdarları içi qumla dolu olan kisələrdən barrikadalar quraşdırırlar.

Xatırladaq ki, Pakistan nazirlər kabinetinin eks-başçısı 2022-ci il 10 apreldə tutduğu vəzifədən kənarlaşdırılıb.

GÜNÜN MANŞETLERİ

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var
DÜNYA / İSLAM DÜNYASI

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var

27.03.2023 17:41:35
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub

27.03.2023 17:22:33
DSX-nin zabiti vəfat edib
ÖLKƏ / HƏRBİ

DSX-nin zabiti vəfat edib

27.03.2023 16:41:18