İlham Əliyev qambiyalı həmkarını təbrik edib

İlham Əliyev qambiyalı həmkarını təbrik edib
Yayınlanma tarixi: 2/18/2026 11:35:50 AM

İlham Əliyev qambiyalı həmkarını milli bayramları münasibətilə təbrik edib.

Azərbaycan Prezidenti İlham Əliyev qambiyalı həmkarı Adama Barrouya təbrik məktubu ünvanlayıb.

İslamazeri.com xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Qambiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan ilə Qambiya arasında sağlam təməllər üzərində qurulmuş münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar və platformalar çərçivəsində səmərəli əməkdaşlığını xüsusi qeyd etmək istərdim.

İnanıram ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli qaydada əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu xoş fürsətdən istifadə edərək müqəddəs Ramazan ayının başlaması münasibətilə də səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Qambiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

GÜNÜN MANŞETLERİ

Bennet: Gələcəkdə növbə Türkiyəyə də gələcək
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Bennet: Gələcəkdə növbə Türkiyəyə də gələcək

3/12/2026 10:06:10 AM
Bəqayi: İranın hədəf siyahısı hər gün yenilənir
REGİON / İRAN

Bəqayi: İranın hədəf siyahısı hər gün yenilənir

3/12/2026 10:05:41 AM
Ayətullah Sistanidən Ayətullah Müctəba Xameneiyə
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Sistanidən Ayətullah Müctəba Xameneiyə

3/11/2026 9:26:35 PM