HƏMAS Əli Laricaninin şəhadəti ilə bağlı İrana başsağlığı verib.
İslamazeri.com xəbər verir ki, İslam Müqavimət Hərəkatı HƏMAS İran İslam Respublikasına, hökumətinə və xalqına başsağlığı verib.
Bəyanatda qeyd olunub ki, İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani, oğlu və bir neçə nəfərlə birlikdə Tehrana edilən hücumda həlak olub.
HƏMAS hadisəni İran paytaxtını hədəf alan açıq bir hücum kimi xarakterizə edib.
Bəyanatda HƏMAS İrana dəstəyini bir daha təkrarlayıb və İranın Amerika tərəfindən dəstəklənən sionist təcavüzünə məruz qaldığını bildirib.
Bəyanatda əlavə edilib ki, bu hücumların davam etməsi bütün regionu hədəf alan bir hərəkətdir və təhlükəsizlik və sabitliyi təhdid edir. HƏMAS bildirib ki, yarana biləcək hər hansı bir nəticəyə görə ABŞ administrasiyası və İsrail hökuməti məsuliyyət daşıyır.